News24 saytından verilən məlumata görə, ain.az xəbər verir.
Dünyanın ən böyük və ən sirli mağaralarından biri - Hanq Son Doonq Vyetnamın Milli Parkının dərinliklərində yerləşir. Bu mağara təkcə ölçüsünə görə deyil, özünəməxsus ekosistemi ilə də elm adamlarını və səyyahları heyrətləndirir.
News24.az xəbər verir ki, 1991-ci ildə təsadüfən kəşf edilən və uzun illər gizli qalan mağara 150 metr enində və 200 metr hündürlüyündədir. Bura ölçülərinə görə göydələn sığacaq qədər böyükdür. Hətta New York şəhərindən daha böyük sahəyə malikdir.
Mağaranın içində buludlar görünür, meşə, çay, göl və “çimərlik” adlandırılan istirahət sahəsi var. Bu səbəbdən Hanq Son Doonq sadəcə bir mağara deyil, fərqli bir dünyadır. Elm adamları bildiri ki, indiyədək mağara tam xəritələndirilməyib — qədər yalnız 5 kilometrlik hissəsi öyrənilib.
Bu möcüzəli məkana getmək o qədər də asan deyil. Bunun üçün əsas yoldan sonra sıx meşənin içi ilə təxminən 10 km məsafə piyada gedilməlidir. Gəzinti ən az 6 saat çəkir və yol boyu yalnız bircə kənd var. Bu kənddə yaşayanlar mağara turizmi nəticəsində dolanışıqlarını təmin edirlər..
Möcüzəli meşəliklər, buludlar altındakı ənginliklər, sosial mediada yayılan görüntülər başqa planet təəssüratı yaradır. “National Geographic” tərəfindən hazırlanmış sənədli film sayəsində mağaranın şöhrəti bütün dünyaya yayılıb.
Bu mağaranı ziyarət etmək istəyənlər üçün səfər 4 gün – 3 gecə davam edir və qiyməti təxminən 3.000 dollardır (təxminən 122.000 AZN). Uçuş və digər xərclərlə birlikdə bu təcrübənin ümumi qiyməti 6.000 dolları (təxminən 244.000 AZN) keçə bilər.
Hanq Son Doonq — təkcə mağara deyil, yer üzündə nadir rast gəlinən canlı bir möcüzədir.
Xeyrənsə Piriyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.