Operativ MM saytından alınan məlumata görə, ain.az bildirir.
Rusiyalı kinorejissor və aktyor Nikita Mixalkov “Besogon” proqramında Azərbaycan Prezidenti İlham Əliyevlə nahar zamanı baş vermiş maraqlı bir hadisəni bölüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda “Tsargrad” nəşri məlumat yayıb.
Mixalkovun sözlərinə görə, bu hadisə illər əvvəl baş verib: “Bir neçə il əvvəl mən kino sahəsindəki həmkarlarımın dəvəti ilə Azərbaycana getmişdim. Elə oldu ki, Azərbaycan prezidenti məni nahara dəvət etdi.”
O əlavə edib ki, görüş zamanı İlham Əliyev Rusiya prezidenti Vladimir Putini “rəhbər” adlandırıb. Mixalkov daha sonra bildirib ki, həmin nahar zamanı ona Rusiya prezidentindən zəng gəlib. Səbəb isə ondan ibarət imiş ki, Mixalkov bir gün əvvəl müəyyən bir məsələ ilə bağlı Putinlə telefon danışığı üçün icazə istəmişdi.
Mixalkovun sözlərinə görə, Putinin zəngi İlham Əliyevi xeyli həyəcanlandırıb və o, Mixalkovdan telefonu ona verməsini istəyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.