AZ

Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmaları 10,5 milyard manatı ötüb

Bakı. Trend:

Cari ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanındaDövlət Vergi Xidmətinin (DVX) xəttilə dövlət büdcəsinə 10 milyard558,4 milyon manatdan çox vergi daxil olub, proqnoza 106,0 faizəməl edilib.

Bu barədə TrendDVX-yə istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlətbüdcəsinə vergi daxilolmaları 285,6 milyon manat və ya 2,8 faizartıb.

Qeyri-neft-qaz sektorunda daxilolmalar 7 milyard 588 milyonmanatdan çox olub, proqnoz 103,4 faiz icra edilib. Əvvəlki ilineyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 643,9 milyonmanatdan və ya 9,3 faiz çox olub. Ödənilən vergilərin 71,9 faiziqeyri-neft-qaz sektorunun, 28,1 faizi isə neft-qaz sektorununpayına düşüb.

Bundan başqa, 2025-ci ilin yanvar-iyul aylarında muzdlu işçisayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburidövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 699,7milyon manatdan çox olub. Bu mənbədən daxilolmalar əvvəlki ilinmüvafiq dövrü ilə müqayisədə 12,4 faiz və ya 409,4 milyon manatdançox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilineyni dövrünə nisbətən 13,6 faiz artıb və 2 milyard 446,3 milyonmanatdan çox təşkil edib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilinmüvafiq dövrü ilə müqayisədə 10,7 faiz artaraq 130,8 milyonmanatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,2faiz artıb və 98,9 milyon manatdan çox təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eynidövrünə nisbətən 10,8 faiz artıb və 641,1 milyon manatdan çox olub.Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 faiz artaraq 449,3milyon manatdan çox təşkil edib.

Seçilən
13
8
az.trend.az

5Mənbələr