Siyəzən İcra Hakimiyyəti 2025-ci ildə rayonda bir sıra tədbirlərin keçirilməsi üçün tender elan etsə də, onun nəticəsi ləğv olunub.
Bu barədə satınalma saytında məlumat dərc edilib.
Həmin məlumatda deyilir ki, Siyəzən şəhərində 2025-ci il ərzində keçirilməsi nəzərdə tutulan tədbirlərin təşkili ilə bağlı elan edilmiş tenderin ləğvinə səbəb satınalmada iştirak edən şirkətlərin sayı üçdən az olub. Bu da mövcud qanunun tələbinin pozulması deməkdir.
O da qyed edilir ki, Siyəzən rayon İcra Hakimiyyəti bu işlər üçün 36 min 1 manat pul ayırmağı nəzərədə tutubmuş.
Görünən isə odur ki, İcra Hakimiyyəti rayonda tədbirlərin keçirilməsi prosesini bir müddətliyinə təxirə salmalı olacaq. Çünki bunun üçün yenidən tender keçirməli olacaq.