AZ

Azərbaycan xaricdən qarğıdalı alışını azaldıb

ain.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2025-ci ilin yanvar-iyun aylarında 13 milyon 940 min ABŞ dolları dəyərində 36 min 853 ton qarğıdalı idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən qarğıdalının dəyəri 4 milyon 656 min dollar və ya 25%, həcmi isə 22 min 629 ton və ya 38% azalıb. 

Məlumata görə, ötən 6 ayda qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,12%-nə bərabər olub.

Qeyd edək ki, 2024-cü ilin birinci yarısında idxal edilən qarğıdalının dəyəri 18 milyon 596 min dollar, miqdarı isə 59 min 482 min tona bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
banco.az

2Mənbələr