AZ

Trampın yeni planı açıqlandı Bakı Zəngəzur üçün ciddi fürsət əldə edəcək

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“İbrahim sazişləri”nə qoşulması Azərbaycan üçün Zəngəzur dəhlizinin açılması baxımından ciddi fürsət yaradacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.

Erməni nəşri “Reuters”ə istinadla bildirib ki, Donald Trampın administrasiyası ilə Azərbaycan və Mərkəzi Asiyanın bəzi ölkələri arasında onların “İbrahim sazişləri”nə daxil edilməsi üçün fəal müzakirələr aparılır:

“Agentlik beş məlumatlı mənbəyə istinadla yazıb ki, Vaşinqton Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması üçün ilkin şərt qoyur, ondan ilk növbədə Ermənistanla münasibətləri normallaşdırmağı istəyir.

Mənbələrin məlumatına görə, məsələ Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun mart ayında Bakıya səfəri zamanı məsələ müzakirə olunub. “İbrahim sazişləri” 2020-ci ildə, Trampın birinci dövründə İsraillə dörd ərəb ölkəsi arasında diplomatik əlaqələr qurmaq üçün imzalanıb.

İndi də ABŞ Azərbaycanı bura daxil etmək istəyir. Bu bir tərəfdən, Azərbaycanın beynəlxalq mövqelərini yaxşılaşdıracaq, digər yandan, ABŞ və Qərbdən Zəngəzur dəhlizinin açılması məsələsində dəstək almaq üçün ciddi fürsət olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
2
sherg.az

3Mənbələr