AZ

Lənkəranda 41 yaşlı kişi arvadına xəsarət yetirdi

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Lənkəranda 41 yaşlı kişi ailə münaqişəsi zəminində arvadına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 22-də rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1984-cü il təvəllüdlü Aqil Əhmədov (ad-soyad şərtidir – red.) həmin gün saat 16 radələrində yaşadığı evində arvadı Ləmanla mübahisə edib. Aqil zərərçəkmiş şəxsin ondan icazə almadan atasının evinə getmək istəməsinə görə etdiyi irad səbəbindən onun sifət və baş nahiyəsindən qəsdən bir neçə dəfə şillə, yumruq zərbəsi vurub. 

Hadisəni törədən A. Əhmədovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkən qadın ərini bağışladığını, ona qarşı olan şikayətinin geri götürdüyünün hakimin diqqətinə çatdırıb. Bu səbəbdən A. Əhmədovun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
1
demokrat.az

2Mənbələr