Anar Abdullayev məhkəmə zalında həbs edilib
Ajans.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qalıdırıb. Dövlət ittihamçısı Anar Abdullayevin polisin nəzarətinə vermə qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Prokuror vəsatətini təqsirləndirilən şəxsin seçilmiş qətimkan tədbirin qaydalarına əməl etmədiyini əsas gətirib və onun məhkəmə zalında həbs edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili Anar Abdullayevin məhkəmədən anasının xəstə olmasını nəzərə alınmasını istəyib.