ain.az, Sherg.az portalına istinadən məlumat yayır.
“Türkiyə Qara dəniz regionunda liderliyə iddialı olaraq diplomatik mövqelərini gücləndirməyi planlaşdırır. Bu baxımdan, Ankara Rusiyanın yaratdığı təhlükəni anladığı üçün Ukrayna ilə tərəfdaşlıq münasibətləri qurmağa hazırdır”.
Teleqraf xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal deyib.
“Türkiyə özünü lider kimi görür və bu heç kimə sirr deyil. İslam dünyasında liderlik iddiasındadır, türk dünyasında isə artıq faktiki liderdir. Bir çox türk dövlətlərinin, o cümlədən Azərbaycan, Orta Asiya ölkələri, eləcə də Rusiya və Ukraynadakı türk xalqlarının nümayəndələri Türkiyənin, eləcə də şəxsən Prezident Ərdoğanın aparıcı rolunu tanıyır”, - səfir bildirib.
N.Cəlal Türkiyənin İslam dünyasında liderlik uğrunda ərəb ölkələri ilə rəqabət apardığını vurğulayıb. Onların arasında daha zəngin ölkələr olsa da, Türkiyə beynəlxalq siyasətdə daha fəaldır.
Xüsusilə, Türkiyənin liderliyi, Cəlalın fikrincə, regional münaqişələrə, xüsusən də Ukrayna ilə Rusiya arasındakı müharibəyə münasibətində özünü göstərir. Həmçinin, Türkiyə başa düşür ki, liderlik mövqeyinə nail olmaq yalnız tərəfdaşlıq şəraitində mümkündür, Ankara bu çərçivədə Avropa və ABŞ ilə münasibətləri qoruyur.
“Rusiya ilə ticarət edə bilərsiniz, amma onunla Türkiyənin maraqlarını qoruyacaq strateji ortaqlıq ola bilməz. Ola bilsin, Ukrayna məsələsini bitirə bilsə, Rusiyanın növbəti hədəfi Qafqaz və hətta Türkiyə olacaq. Tarix göstərir ki, Rusiya Aralıq dənizinə çıxış əldə etmək üçün İstanbul boğazlarına nəzarət etməyə çalışır”, - diplomat vurğulayıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.