Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, təmsilçilərimiz - "Sabah" və "Araz-Naxçıvan"ın rəqibləri də məlum olub. 

"Bayquşlar" "Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə, Naxçıvan təmsilçisi isə. Görüşlər avqustun 21-i və 28-də keçiriləcək.

Qeyd edək ki, "Sabah" bu mərhələyə yüksəlmək üçün ilk öncə "Bolqarıstanın "Levski" klubunu 2 oyunun nəticəsinə görə məğlub etməlidir. "Araz-Naxçıvan" isə "Omoniya"nı (Kipr) mübarizədən kənarlaşdırmalıdır. İlk matçlar avqustun 7-si, cavab qarşılaşmaları isə 1 həftə sonra oynanılacaq.