Bakı. Trend:
Tarixi Zəfər qazanmaqla ərazi bütövlüyünü və suverenliyini tambərpa edən Azərbaycan artıq inkişafının yeni mərhələsinə qədəmqoyub. Qalib, güclü Azərbaycan bu gün beynəlxalq münasibətlərsistemində söz sahibi olan nüfuzlu aktora çevrilib. Bu güngeosiyasi nüfuzu artan Azərbaycan beynəlxalq nəqliyyatdəhlizlərinin reallaşmasında da əsas dövlətlərdən biridir.Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəetməsi nəticəsində reallığa çevrilən enerji layihələri dünyanınenerji xəritəsini yenidən formalaşdırır. Təkcə bir faktı xatırladaqki, avqustun 2-də Türkiyənin Kilis şəhərində mühüm tarixi hadisəyaşandı və Azərbaycan təbii qazının qardaş ölkənin ərazisi iləSuriyaya ixracına başlandı. Bu mühüm hadisə ölkəmizin enerjisiyasətinin miqyasının, siyasi nüfuz və təsir imkanlarının nə qədərgeniş olduğunun təsdiqidir.
Amma təəssüf ki, hər zaman dövlətə, dövlətçiliyə və millimaraqlara qarşı xəyanətkar mövqe ortaya qoyan AXCP və onun sədriKərimov Əli qələbəmizi, Zəfərimizi həzm edə bilmədiyi kimiyeniləşən, müasirləşən və inkişaf edən Azərbaycana qarşıfəaliyyətini də utanmadan davam etdirir. Anti-Azərbaycan qüvvələrinsifarişlərini yerinə yetirdiyini gizlətməyən Kərimov Əlinin sosialmediada səsləndirdiyi əsassız və absurd fikirlər daha çox “mən dəvaram” iddiası ilə gündəmə gəlməkdir. Xalqın dəstəyindən məhrumolduğundan yalan, böhtan, cəfəng iddialar səsləndirməklə gündəməgəlməyə çalışan bu üzdəniraq hər fürsətdə ölkəmizin beynəlxalqaləmdəki nüfuzuna zərər vermək, dövlətimizlə bağlı dezinformasiyayaymaqla məşğuldur. Acınacaqlı haldır ki, bu şəxs ölkəmizə qarşıaparılan qarayaxma kampaniyalarının ön sıralarında dayanmağı, yalandanışmağı, şər-böhtan atmağı adiləşdirərək özü üçün həyat normasınaçevirib.
Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadəaçıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, cəmiyyətdə heç bir dayağı və ictimaidəstəyi olmayan, ötən əsrin 90-cı illərinin əvvəllərindərespublikada hakimiyyəti zorla ələ keçirən, Azərbaycanı xaos,anarxiya, qarşıdurma girdabına yuvarladan qaragüruhçu dəstənin əsasüzvlərindən olan Kərimov Əlinin əsl niyyəti sosial şəbəkələrvasitəsilə ölkəmizin əleyhinə çirkin təbliğat kampaniyasıaparmaqdır. Xaricdəki bəzi media orqanlarına Azərbaycanla bağlışikayət etmək, dövlətimizin əleyhinə təbliğat aparmaq, yalanlardanışmaq xalqın marağına xidmətdirmi? Kərimov Əlinin həyasızcasınaapardığı qarayaxma kampaniyasının arxasında hansı məkrliməqsədlərin, xain planların dayandığını xalqımız, cəmiyyətimizyaxşı bilir. Ölkədə medianın, vətəndaş cəmiyyəti institutlarınınolmadığını iddia etmək üçün ancaq Kərimov Əli olmaq lazımdır. 150illiyini qeyd etdiyimiz müstəqil, azad mətbuatımız Azərbaycandadövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.Təkcə bir fakt Kərimov Əlinin iddiasını darmadağın etmək üçünyetərlidir. Bu il iyulun 19-da Xankəndidə keçirilən “Rəqəmsalkeçidlər: Süni intellekt dövründə informasiya və mediadayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal MediaForumunda 52 ölkədən 140 qonaq, 30-a yaxın informasiya agentliyi və80 media qurumunun nümayəndələri bir araya gəldi. Azərbaycan söz vəmətbuat azadlığının inkişaf səviyyəsinə görə dünyada qabaqcılyerlərdən birini tutur. Eyni zamanda, bu gün Azərbaycanın adıinternetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85faizi internet istifadəçisidir. Demokratiyanın olmadığı ölkədəbütün bunlar ola bilərmi? Bu gün mediamız, vətəndaş cəmiyyətiinstitutlarımız ölkəmizin maraqlarını qorumağa, istənilən yalan,iftira kampaniyasına cavab verməyə qadirdir. Amma müstəqilliyimizinbərpasının ilk illərində digər sahələr kimi, mətbuat da ciddiproblemlərlə üz-üzə qalmışdı. Kərimov Əlinin də təmsil olunduğu vəhakimiyyəti zəbt etmiş qaragüruhun yarıtmaz siyasəti nəticəsindəölkədə mətbuat azadlığı hər addımda boğulur, jurnalistlərtəqiblərlə, təzyiqlərlə üzləşirdilər. 1993-cü ildə Ulu Öndər HeydərƏliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonraazad mətbuatın da inkişafında yeni mərhələ başlandı. Kərimov Əli,sən bunları unuda bilərsən, amma cəmiyyətimiz unutmayıb. Görünür,Kərimov Əlinin başı anti-Azərbaycan fəaliyyətə, qarayaxmaya,sifariş yerinə yetirməyə o qədər qarışıb ki, Azərbaycanreallıqlarından bixəbərdir və xəyallar dünyasında yaşayır.
Vüqar Rəhimzadə bildirib ki, milli mənlik şüurundan,vətənpərvərlik hissindən məhrum olan Kərimov Əli və onun rəhbərliketdiyi siyasi partiya tamamilə tükənib və heç bir resursa malikdeyil. Milli maraqları şəxsi ambisiyalarına qurban verməklətükənmişlik sindromu yaşayan bu antimilli ünsür siyasi baxımdantamamilə müflis olub. Çıxış yolunu isə ölkəmizə qarşı qarayaxmakampaniyası aparmaqda görür. Başı çıxmasa da gah geosiyasətdən, gahda iqtisadi siyasətdən danışır. Amma Qərbdə müəyyən dairələrəxidmət etməsi, onların sifarişini yerinə yetirməsi reallığınıgizlədə bilmir. Avropa demokratiyasından, xalqların azadlığındandanışan antimilli ünsür Kərimov Fransanın neokolonializmsiyasətindən xəbərsizdirmi? Yeni Kaledoniya, Polineziya, Qvadelupavə digər müstəmləkə ərazilərində yerli xalqların azadlıqçağırışları polis müdaxiləsi, dəyənəyin gücü ilə yatırılır. Budurmuxalqların azadlığı? Azərbaycana bunumu nümunə göstərirsən?
Əslində bütün bunlar bir o qədər də təəccüblü görünmür. ÇünkiKərimov Əlinin mayası milli maraqlarımıza xəyanət etməklə yoğrulub.Amma unutmasın ki, onun anti-Azərbaycan fəaliyyəti hər zaman olduğukimi, yenə də fiaskoya məhkumdur.