AZ

SON DƏQİQƏ! Əhaliyə XƏBƏRDARLIQ edildi – 24 saat ərzində…

Günəşdə son günlər müşahidə edilən fəallıq artmaqda davam edir.

Tribunainfo.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsi nəzdindəki Günəş Astronomiyası Laboratoriyasının verdiyi məlumata görə, son 24 saat ərzində ulduz səthində ikinci M sinifli alışma baş verib.

Qeyd edək ki, bundan əvvəl – avqustun 3-də Tətbiqi Geofizika İnstitutu həmin günəş ləkələri qrupunda M2.9 səviyyəsində alışma müşahidə olunduğunu açıqlamışdı. Bu kimi M sinifli alışmalar orta güclü sayılır və bəzən Yerdə radio siqnallarında pozuntulara, həmçinin maqnit qasırğalarına səbəb ola bilər.

Mütəxəssislər yaxın günlərdə Günəş aktivliyinin davam edə biləcəyini, bunun da texnoloji sistemlər və hava şəraiti üzərində təsir göstərə biləcəyini istisna etmirlər.

Musavat.com

Seçilən
30
4
tribunainfo.az

5Mənbələr