AZ

İndoneziyada Semeru vulkanının iki yeni püskürməsi qeydə alınıb

Ayna saytına istinadən ain.az xəbər verir.

Vulkan külü kraterdən 4476 metr yüksəkliyə çatıb

İndoneziyanın mərkəzində yerləşən Şərqi Yava əyalətində Semeru vulkanının iki yeni püskürməsi qeydə alınıb. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, vulkan külü kraterdən 800 m yüksəkliyə və ya dəniz səviyyəsindən 4476 m yüksəkliyə çatıb.

Qeyd olunub ki, kül cənub-qərb istiqamətində böyük intensivliklə yayılır.

İndoneziyadakı Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Azaldılması Mərkəzi vulkanın isti qayaları atması təhlükəsi səbəbindən bölgə sakinlərinə diqqətli olmağı və kraterə 3 km radiusda yaxınlaşmamağı tövsiyə edib.

Semeru İndoneziyanın dördüncü ən yüksək vulkanıdır (dəniz səviyyəsindən 3676 m yüksəklikdə) və Yava adasındakı ən yüksək zirvədir.

18 000 adadan ibarət dünyanın ən böyük İndoneziya arxipelaqı Sakit Okean Atəş Halqası adlanan ərazidə yerləşir ki, bu da regionu güclü seysmik aktivliyə meylli edir. Ümumilikdə İndoneziyada 500-dən çox vulkan var, onlardan 130-a yaxını aktivdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
ayna.az

1Mənbələr