AZ

Barak Suriyadakı qarşıdurmalarla bağlı açıqlama verib

BAKI, TurkicWorld

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak tərəfləri dialoqa çağırıb.

TurkicWorld xəbər verir ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barak, Suriyanın Suveyda şəhəri və Hələbin şimal-şərqindəki Mənbic rayonunda baş verən son qarşıdurmalarla bağlı ilk rəsmi açıqlamasını verib.

ABŞ diplomatı bütün tərəfləri zorakılığı dayandırmağa və mübahisələri dialoq yolu ilə həlli üçün çağırış edib.

X sosial media hesabında paylaşım edən Barak, diplomatiyanın zorakılığı dayandırmaq və davamlı həll yolu tapmaq üçün ən təsirli vasitə olduğunu vurğulayıb.

“Suriya sabitliyə və sülhə layiqdir”, – deyə ABŞ rəsmisi bildirib.

Barak əlavə edib ki, ABŞ Fransa ilə birlikdə, Suriya daxilində siyasi sabitliyin və ərazi bütövlüyünün təmin olunması üçün, xüsusilə də şimal-şərq bölgəsinin vahid Suriyaya inteqrasiyası istiqamətində vasitəçilik etməkdən qürur duyur.

Hazırda bölgədə gərginliyin artdığı və beynəlxalq aktorların vəziyyəti izlədiyi bildirilir. ABŞ nümayəndəsinin açıqlaması isə regionda diplomatik vasitələrlə sabitlik səylərinə dəstək kimi qiymətləndirilir.

Seçilən
4
turkic.world

1Mənbələr