Bosniya və Herseqovinanın Mərkəzi Seçki Komissiyası (MSK) yaxın zamanda keçiriləcək iclasında Bosniya və Herseqovina daxilindəki Serb Respublikası entitetinin prezidenti Milorad Dodikin səlahiyyətlərinə xitam verilməsi proseduruna başlayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
“İctimaiyyətə bildiririk ki, Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyası seçki qanunvericiliyinə əsasən seçilmiş vəzifəli şəxslərin səlahiyyətlərinin dayandırılması prosedurunun başlanması da daxil olmaqla, öz adi fəaliyyətini davam etdirir. Hüquqi prosedurlara və məhkəmə təcrübəsinə əsaslanaraq, MSK eyni zamanda Serb Respublikasının prezidenti Milorad Dodiklə bağlı məsələni də nəzərdən keçirəcək”, - məlumatda deyilir.
Komissiya əlavə edib ki, növbəti iclasın çox güman ki, 6 avqust tarixində keçiriləcəyi gözlənilir.