AZ

Bu ölkə üçün FƏLAKƏT: "Dəhşətli hadisə olacaq"

  Yaponiyada manqada yer alan kəhanət ölkənin turizminə dərindən təsir edib.

Referans CNBC telekanalına istinadən xəbər verir ki, yapon rəssam Ryo Tatsuki tərəfindən yazılmış və ilk dəfə 1999-cu ildə nəşr olunan "Gördüyüm gələcək" (Kanzenban) manqası 2025-ci ilin iyulunda Yaponiyada böyük fəlakətin baş verəcəyini göstərirdi.

Kitabın ilk nəşrində də 2011-ci ilin martında fəlakətin baş verəcəyi bildirilirdi və bu bəyanat sonrakı Tohoku zəlzələsi və Fukuşima nüvə fəlakəti ilə üst-üstə düşür. 2021-ci il nəşrinin giriş məqaləsində isə müəllif Tatsuki "kəhanət yuxuları" gördüyünü və əsl fəlakətin 2025-ci ilin iyulunda baş verəcəyini bildirirdi. Bu bəyanat bir çox Asiya ölkələrində, xüsusən də Honq Konq mediasında geniş yayılmışdı.

Bundan başqa, jurnalın proqnozları onun nəşrlərində bu yaxınlarda Rusiyanın Kamçatka bölgəsində baş vermiş 8,7 bal gücündə zəlzələ ilə bağlı təxmini hesablamaların yer alması ilə daha da güclənib.

Bu iddialar Yaponiyaya turist axınına mənfi təsir göstərib. Honq-Konqda yerləşən WWPKG turizm agentliyinin baş meneceri CN Yuen aprel və may aylarında Yaponiyaya sifarişlərin əvvəlki ilə nisbətən 50 faiz azaldığını açıqlayıb.

Asiya ölkələrindəki bu narahatlığa baxmayaraq, Avropa və ABŞ-dan gələn turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur.Musavat .com

Seçilən
4
referans.az

1Mənbələr