AZ

Litva prezidenti Nazirlər Kabinetinin istefasını qəbul edib

Litva prezidenti Gitanas Nauseda Nazirlər Kabinetinin istefasını qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısının mətbuat xidməti bu barədə məlumat yayıb.

Bildirilib ki, prezident hökumətin istefasını qəbul edib və kabinetin üzvlərinə yeni hökumət formalaşana qədər vəzifələrini icra etməyi tapşırıb.

Maliyyə naziri Rimantas Şadzius müvəqqəti baş nazir təyin olunub.

Baş nazir postuna ən çox ehtimal olunan namizəd isə Litvanın hakim Sosial Demokrat Partiyasının sədri və Jonava vilayətinin meri Mindauqas Sinkeviçiusdur.

Litvanın on doqquzuncu hökuməti bazar ertəsi günü qanunvericiliyə uyğun olaraq istefa verib. Baş nazir Gintautas Paluckas isə iyulun 31-də vəzifəyə başlamazdan əvvəl media orqanları tərəfindən aparıcı səhmdarı olduğu şirkət üçün bank kreditini növbədənkənar aldığı müəyyən ediləndən sonra istefa vermişdi.

2012-ci ildə paytaxtın bələdiyyə administrasiyasının direktoru işləyərkən Paluckas vəzifə səlahiyyətlərindən sui-istifadə – kommunal müqavilələr əsasında himayədarlıq etməkdə təqsirləndirilərək məhkəmə tərəfindən iki il şərti cəza və 16,5 min avro təzminat ödənişi ilə cəzalandırılmışdı. Təzminat bir il ərzində ödənməli olsa da, Paluckas son ödənişləri yalnız 2025-ci ilin iyul ayında həyata keçirib.

Bundan əlavə, təxminən 10 il əvvəl Paluckas tikintisi planlaşdırılan dövlət meşəsi ərazisində torpaq sahəsinin qeydiyyatını ala bilmiş, lakin bu addım prokurorluq tərəfindən ləğv edilərək torpaq dövlətə qaytarılmışdır. Eyni zamanda, onun köməkliyi ilə yaxınları şirkət üçün Avropa İttifaqının qrantı əldə edib.

Seçilən
9
1
operativmm.az

2Mənbələr