AZ

İnsanlar ayaqlarını yorğanına görə uzatmır, çox kredit götürürlər Ekspert

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

Bu mətni redəktə edə bilərsən?

"İnsanlar ayaqlarını yorğanlarına görə uzatmır, çox yüksək məbləğdə kredit götürürlər".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov istehlak kredit kartlarında limitlərin azaldılması ilə bağlı Mərkəzi Bankın qərarını şərh edərkən deyib.

Ekspert bildirib ki, bu dəyişiklik əhalinin həddindən artıq borclanmasının qarşısını almağa yönəlib:

"Addım tamamilə doğrudur. İnsanlar yüksək məbləğdə kredit götürmək istəyir, banklar da onların istəyini yerinə yetirir. İstehlak kreditlərinin faizləri daha yüksəkdir. Banklar isə düşünür ki, vətəndaşla yaranacaq problemi həll etmək asandır - kollektorla, hədə-qorxu ilə, məhkəmə yolu ilə və s. Nəticədə həm əhali, həm də bank sistemi üçün ciddi problemlər yaranır".

Əkrəm Həsənovun sözlərinə görə, vətəndaş krediti ödəyə bilməyəndə bu borc "problemli kredit" siyahısına düşür:

"Bu, həmçinin ölkə iqtisadiyyatı üçün də mənfi haldır. İqtisadiyyatın inkişafı üçün əsasən biznes kreditləri verilməlidir. Bu səbəbdən Mərkəzi Bank qərara alıb ki, aylıq əməkhaqqı 1000 manat olan vətəndaşa maksimum 5 min manat həcmində kredit xətti açıla bilər".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə borclanmanın daha məsuliyyətli və sağlam aparılması məqsədilə yeni tənzimləyici çərçivə tətbiq edib. Dəyişikliklərin əsas məqsədi əhalinin izafi borclanmasının qarşısını almaq və bank sisteminin kapital dayanıqlığını qorumaqdır. Yeni qaydalara görə, borcalanın kredit kartı üzrə limit onun xalis (vergidən sonrakı) aylıq gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır.

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
2
qaynarinfo.az

3Mənbələr