AZ

“Qarabağ” braziliyalı hücumçu ilə RAZILIĞA GƏLDİ

"Qarabağ" hücumçu transferini reallaşdırmağa yaxındır.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Andre Klovis məsələsində xeyli irəliləyiş əldə edib.
 

“Qarabağ” bir müddətdir braziliyalı hücumçunun transferi üçün danışıq aparır. Artıq Qurban Qurbanovun sərəncamında görmək istədiyi Klovisi yola gətirmək mümkün olub. Yaxın vaxtlarda tərəflərin yekun razılığa gələcəyi də gözlənilir.


Qeyd edək ki, 27 yaşlı forvard müqavilə ilə “Akademika Vizeu”ya məxsusdur.

Onun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Klovis karyerası ərzində “İnternasional”, “Leykşoeş”, “Eştoril” klublarında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
24
4
bizim.media

10Mənbələr