AZ

Mingəçevir su anbarında su səviyyəsi 1 metrə yaxın azalıb

Havaların isti keçməsi bəzi çay və su hövzələrində suların çəkilməsinə səbəb olub. Suvarma kanallarına ehtiyac artdığından, bu kanallara ötürülən suyun həcmi də artırılıb.

 

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, qızmar hava şəraiti Mingəçevir su anbarında su səviyyəsinin 80 santimetr – 1 metr aralığında azalmasına səbəb olub.

 

Hazırda anbarda suyun səviyyəsi 79 metr 60 santimetr təşkil edir. Mütəxəssislər bu durumu müsbət hal kimi dəyərləndirirlər. Onların fikrincə, gündəlik 4-5 santimetr azalma ilə bu səviyyəyə enməsi su anbarındakı ehtiyatların normal və stabil həddə olduğunu göstərir. Bununla belə, bəzi çaylarda su axını kəskin şəkildə azalıb.

 

Məsələn, bir müddət əvvəl saniyədə 200 kubmetr su axını ilə diqqət çəkən Qanıx çayında hazırda bu göstərici saniyədə cəmi 35 kubmetrə enib. İsti hava eyni zamanda əkin sahələrində suya olan tələbatı da xeyli artırıb. Bu səbəbdən, Mingəçevir Su Anbarından mənbəyini götürən iri suvarma kanallarına buraxılan suyun həcmi artırılıb.

 

Hazırda Yuxarı Qarabağ kanalına saniyədə 113 kubmetr, Şirvan kanalına isə saniyədə 71 kubmetr su buraxılır.

Seçilən
18
3
sfera.az

4Mənbələr