AZ

100 dən çox jurnalist Qəzza zolağına giriş üçün petisiya imzalayıb

ain.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aparıcı qlobal media orqanlarından 100-dən çox jurnalist Qəzza zolağına heç bir ilkin şərt olmadan giriş icazəsinin verilməsi tələbini əks etdirən petisiya imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Müraciətdə bildirilir ki, Fələstin anklavına “xarici jurnalistlərin məhdudiyyətsiz və müstəqil girişi” yalnız müharibə cinayətlərini sənədləşdirmək məqsədilə deyil, həm də münaqişə tərəflərinin həqiqəti təhrif etməməsini təmin etmək üçün zəruridir.

Petisiyanın altında "Sky News" və CNN-in bir sıra müxbirləri ilə yanaşı tanınmış müharibə fotoqrafları imza atıb. Bəyanatda həmçinin vurğulanır ki, əgər İsrail rəhbərliyi və HƏMAS jurnalistlərin bu tələblərinə məhəl qoymasa, media “hər hansı qanuni vasitələrdən” istifadə edərək icazəsiz şəkildə Qəzzaya daxil olmağa çalışacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
1
operativmm.az

2Mənbələr