AZ

Respublikaçılardan Trampla bağlı qeyri adi PAYLAŞIM

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-də Respublikaçılar Partiyası sosial media platforması “X”-də paylaşdığı bir şəkillə gündəm yaradıb.

Paylaşımda Prezident Donald Tramp sarı rəngli klassik avtomobilin önündə görünür. Paylaşımda “Avtomobillərə əvvəlki ehtişamını qaytarırıq” şüarı diqqət çəkib.

Amma görüntüdəki avtomobilin Sovet dövrünə aid bir model olması sosial mediada geniş müzakirələrə səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, istifadəçilərin əksəriyyəti Trampın arxasında dayandığı avtomobilin “VAZ-2101” - xalq arasında daha çox tanınan adı ilə “Jiquli” və ya xaricdə geniş yayılmış adı ilə “Lada 1200” olduğunu qeyd ediblər.

Rusiyanın “Kommersant” nəşrinə danışan avtomobil eksperti Artyom Bobtsov da bunun “Lada 2101” və ya “Fiat 124” ola biləcəyini deyib:

“Onsuz da “Fiat 124” Sovetlərin ilk "Jiquli" ən populyar avtomobil modelinə ilham vermişdi. Amma bir şey dəqiqdir, bu avtomobil Amerikaya aid deyil”.

Paylaşım Trampın iyul ayında imzaladığı və vergi-hərc xərclərinə dair “Big Beautiful Bill” adlı qanunla əlaqələndirilir.

2017-ci ildən qüvvədə olan vergi güzəştlərinin müddəti uzadılarkən, Tramp avtomobil sektorunu dirçəltmək üçün ABŞ-də istehsal olunan avtomobillərə alınacaq kreditlərə vergi üstünlükləri təqdim etməyi planlaşdırır.

Bu paylaşım da Respublikaçıların Amerika avtomobil sənayesinin gələcəyinə dair nostalji və iddialı mesajı kimi şərh olunub.

Amma Trampın sovet istehsalı sarı avtomobil qarşısında çəkdirdiyi foto sosial mediada lağ mövzusuna çevrilib. Avtomobilin Sovet dövrünə aid “VAZ-2101” (“Lada 1200”) olduğu qeyd olunub və bəziləri “Lada fabriki Amerikada da istehsala başlayıb?” zarafatını ediblər.

Amerika mediası da tənqidlərə qoşulub. “The Autopian və Mediaite” kimi nəşrlər Respublikaçıların “Make Automobiles Great Again” (Avtomobilləri yenidən böyük et) şüarına cavab olaraq sovet avtomobilinin istifadə olunmasını “ağıllı trol” adlandırıblar.

Tənqidçilər bu səhv seçimin Respublikaçıları sosial mediada gülünc duruma saldığını, bunun dizayner xətası olub-olmadığı, yoxsa bilərəkdən edilmiş təhrikedici bir addım olduğunun qeyri-müəyyən qaldığını yazıblar.

“The Guardian” isə Tramp tərəfdarlarının sosial media dilinin getdikcə daha aqressiv və təhrikedici xarakter aldığını, ciddi mesajların əvəzinə əyləncəli paylaşımlarla MAGA (Make America Great Again – Amerikanı Yenidən Böyük Et) hərəkatını canlı tutmağa çalışdığını bildirib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr