AZ

Estoniyada pravoslav kilsənin fəaliyyəti qanunla qadağan ediləcəkmi?

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Estoniya parlamenti ölkədə pravoslav xristian kilsəsinin fəaliyyətinə qadağa qoyulmasına səbəb ola biləcək qanunvericiliyə düzəlişlərə yenidən baxılmasını dəstəkləyib.

Oxu.Az xəbər verir ki, bunu dövlət televiziya və radio portalı - ERR-yə müsahibəsində parlamentin konstitusiya komitəsinin rəhbəri Ando Kiviberq deyib.

O qeyd edib ki, qanun layihəsinin məqsədi əvvəldən kifayət qədər aydın və birmənalı olub.

"Milli təhlükəsizliyimiz dini etiqad azadlığı bəhanəsi ilə istədiyimizi etmək hüququmuzdan əhəmiyyətli dərəcədə üstündür", - deyə parlamentin hüquq komitəsinin rəhbəri vurğulayıb.

Xatırladaq ki, iyun ayında Estoniya parlamenti tərəfindən ölkədəki pravoslav kilsənin qanunla qadağan edilməsinə səbəb ola biləcək düzəlişlər yekun oxunuşda qəbul olunub, lakin prezident Alar Karis qanunun konstitusiya normalarına zidd olduğunu bildirərək layihəni imzalamaqdan imtina edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
17
oxu.az

10Mənbələr