AZ

Uşaqlara dondurulmuş içki içirtməyin: Valideynlərə vacib XƏBƏRDARLIQ

ain.az bildirir, News24 portalına istinadən.

İngiltərənin Qida Standartları Agentliyi (FSA) xəbərdarlıq edir ki, xüsusilə 7 yaşından kiçik uşaqlara qliserol tərkibli dondurulmuş içkilər verilməməlidir. Bu maddə uşaqlarda ürəkbulanma, baş ağrısı, qan şəkərinin düşməsi, hətta şok və huşunu itirməyə səbəb ola bilər.

News24.az xəbər verir ki, 10 yaşdan kiçik uşaqlar isə bu cür içkiləri gündə maksimum 350 ml (təxminən bir qutu qazlı içki qədər) qəbul etməlidir. Valideynlər məhsul etiketlərini diqqətlə oxuyaraq qliserol olub-olmadığını yoxlamalıdır.

Son 6 ildə Böyük Britaniya və İrlandiyada 2-7 yaş arası 21 uşaq üçün gliserol tərkibli içki içdikdən sonra təcili tibbi yardım çağırılıb. Qliserol içkilərdə tam donmanı önləmək üçün istifadə olunur, amma çox qəbul edilərsə, ciddi sağlamlıq problemləri yaradır.

Xüsusilə isti havalarda uşaqların təhlükəsizliyi üçün valideynlərə diqqətli olmaları tövsiyə olunur.

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
news24.az

2Mənbələr