AZ

Əsgər getməyənə sürücülük vəsiqəsi verilmir?

  Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, hərbi xidmətə çağırışdan möhlət hüququ olan və ya səhhətinə görə xidmətə yararsız hesab edilən bəzi şəxslərə sürücülük vəsiqəsi verilmədiyi iddia olunur.

Bu məsələ isə insanlar arasında geniş müzakirə və narahatlığa səbəb olub.

Sürücülük vəsiqəsi almaq üçün hərbi xidmətə getmək mütləqdir?

Referans xəbər verir ki, mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, hərbi bilet sürücülük vəsiqəsi üçün qanuni sənəd siyahısında yer almır:

“Sürücülük vəsiqəsi üçün hərbi biletin tələb olunması qanunda yoxdur. Tələb olunan sənədlərin siyahısı qanunda dəqiq yazılıb.

Məhz sürücülük vəsiqəsi almaq üçün tələb olunan sənədlər, Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında” Qanuna və "Sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq tənzimlənir.

Beləliklə, sürücü olmaq istəyən şəxs aidiyyəti quruma bu sənədləri təqdim etməlidir:

• Şəxsiyyət vəsiqəsi
• Məlumatlandırıcı sənəd (məsələn, doğum haqqında şəhadətnamə və ya pasport)
• Müvafiq formada tibbi arayış (sürücülük vəsiqəsi almaq üçün sağlamlıq vəziyyətinin normal olduğunu təsdiqləyən sənəd)
• Qanuni yaşayış yeri haqqında sənəd (əsasən, daimi qeydiyyatda olduğunuz ünvanı təsdiqləyən sənəd)
• Təhsil və ya sürücülük məktəbindən sertifikat (sürücülük məktəbində təhsil aldığınızı və imtahandan keçdiyinizi təsdiqləyən sənəd)
• Ödəniş qəbzi (sürücülük vəsiqəsi üçün dövlət rüsumunun ödənildiyini göstərən sənəd)
• Fotoşəkil (adətən 3x4 ölçüsündə, xüsusi tələblərə uyğun)".

Seçilən
17
2
referans.az

3Mənbələr