“Qəbələ” klubu yeni transferini açıqlayıb.
Bakues.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Qırmızı-qaralar” 27 yaşlı mərkəz müdafiəçisi Eduardo Kunde ilə anlaşıb.
Qeyd edək ki, braziliyalı oyunçu son olaraq İndoneziyada “Persis” komandasının formasını geyinib.