Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) kollegiyasının tərkibi təsdiqlənib.
Adalet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Sənədə əsasən, ADSEA-nın kollegiya üzvlərinin sayı 14 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Kollegiyanın üzvləri:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavinləri
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Aparatının rəhbəri
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Maliyyə və təminat şöbəsinin müdiri
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Hüquq və insan resursları şöbəsinin müdiri
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” publik hüquqi şəxsin İdarə Heyətinin sədri.