AZ

Ən çox üstünlük verilən ixtisaslar hansılardır?

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq. Bəs ən çox müraciət edilən ixtisaslar hansılardır? Təhsil eksperti Rizvan Fikrətoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, I qrup üzrə kompüter mühəndisliyi və informasiya texnologiyaları sahəsində plan yerləri çox ayrılır: “I qrupda informasiya texnologiyaları, II qrupda maliyyə, III qrupda hüquq, beynəlxalq münasibətlər,müəllimlik, IV qrupda tibb, V qrupda isə idman yönümlü ixtisaslar və təsviri sənət müəllimliyi kimi sahələr var. Statistikaya görə, abituriyentlərin üstünlük verdiyi ixtisaslar arasında, məsələn, I qrupda Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyi, IIqrupda Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və Maliyyə ixtisasları, IV qrupda Tibb Universitetinin tibb ixtisası, V qrupda İqtisad Universitetinin Dizayn ixtisası yer alır. Rus bölmələri isə daha çox I qrup üzrə Azərbaycan İqtisad Universitetində “İnformasiya təhlükəsizliyi” ixtisası və Azərbaycan Dillər Universitetində “Xarici dil müəllimliyi” ixtisasına üstünlük verirlər”. R.Fikrətoğlu qeyd edib ki, Bakı Ali Neft Məktəbində “İnformasiya təhlükəsizliyi” ixtisasına abituriyentlər arasında maraq çoxdur. Ötən il bu ixtisas üzrə keçid balı 687.1 olub.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
2
metbuat.az

1Mənbələr