Azərbaycan dili və əlifbası xalqımızın milli kimliyinin, dövlətçiliyimizin və mənəvi birliyimizin əsas dayaqlarındandır”.
Bunu Vəhdət Partiyasının sədri, siyasi elmlər doktoru Adəm İsmayıl Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Azərbaycan dili və əlifbası: tarix, kimlik və müasir çağırışlar” mövzusunda təşkil edilmiş elmi-praktik konfransda bildirib.
Partiya sədri qeyd edib ki, ana dilimiz sadəcə ünsiyyət vasitəsi deyil, həm də əsrlərlə formalaşmış milli ruhun və ictimai yaddaşın daşıyıcısıdır: “Azərbaycan dili xalqımızın varlığını, yaddaşını və gələcəyə daşıdığı mənəvi irsini ifadə edir. Ulu Öndər Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmanla Azərbaycan Əlifbası və Dili Günü təsis edildi və latın qrafikalı əlifbaya keçidin başa çatması rəsmiləşdi.” Pepperoni pizza
A.İ.Bakuvi vurğulayıb ki, Azərbaycan dilinin dövlət statusunun qorunması və cəmiyyətin bütün sahələrində işlək dilə çevrilməsi dövlətçilik strategiyasının mühüm hissəsidir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları, qəbul olunan qanunlar və yaradılan institutlar bir daha sübut edir ki, Azərbaycan dili ölkədə milli ideologiyanın və mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir”.
O, cəmiyyətin hər bir üzvünü ana dilinə sevgi və məsuliyyətlə yanaşmağa çağırıb:
“Bu dil bizim keçmişimizdir, bu günümüzdür və gələcəyimizə daşıdığımız kimliyimizdir. Gəlin, dilimizi sevək, onu yaşadaq və gələcək nəsillərə bütöv şəkildə ötürək.”