AZ

Bədəndə xərçəng necə başlayır? - Erkən xəbərdarlıq əlamətləri

Xərçəng, hüceyrələrdə baş verən genetik mutasiyalar nəticəsində meydana gəlir.

E-saglam.az xəbər verir ki, normalda hüceyrələr öz funksiyasını yerinə yetirir və vaxtı gələndə məhv olur. Lakin bəzi hüceyrələr nəzarətsiz çoxalaraq bədəndə şişlər əmələ gətirə bilər. Leykemiya kimi bəziləri isə bərk şiş yaratmır.

DNT mutasiyalarının səbəbləri:

Hüceyrə bölünməsi zamanı təsadüfi səhvlər

Siqaret tüstüsü, UV şüaları və kimyəvi maddələr

İrsi genetik dəyişikliklər

Əsas risk faktorları:

Siqaret və tütün məmulatları

Həddindən artıq alkoqol

Qeyri-sağlam qidalanma və fiziki passivlik

Günəş şüaları və ionlaşdırıcı radiasiya

Havanın çirkliliyi və peşə riskləri

HPV, hepatit B və C, Helicobacter pylori kimi infeksiyalar

Yaşın artması və zəif immun sistem

Xərçəngin erkən əlamətləri:

Əsassız arıqlama

Uzunmüddətli yorğunluq

Bədəndə yeni və sərt kütlələr

Dəridə ləkə və xallarda dəyişikliklər

Davamlı öskürək və ya səsin batması

Səbəbsiz qanaxmalar

Sidik və ya bağırsaq vərdişlərinin dəyişməsi

Udma çətinliyi və yanma hissi

Sağalmayan yaralar

Davamlı və izah olunmayan ağrılar

Nə etməli?

Siqaret və spirtli içkilərdən uzaq durun

Sağlam və balanslı qidalanın

Fiziki aktiv olun

Günəşdən qorunun

HPV və hepatit B-yə qarşı peyvənd olun

Ailə tarixçənizi bilin və mütəmadi skrininq müayinələrinə qatılın

Erkən diaqnoz həyat xilas edə bilər. Bu səbəblə, hər hansı narahatedici əlamət gördükdə gecikmədən həkimə müraciət edin.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
3
e-saglam.az

1Mənbələr