"Qəbələ" heyətinə yeni futbolçu qatıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bölgə təmsilçisi Eduardo Kundeni transfer edib. Onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
27 yaşlı mərkəz müdafiəçisinin son klubu "Persis" (İndoneziya) olub.