AZ

"Qalib Bakıdakı oyunda müəyyənləşəcək" - "Şkendiya"nın baş məşqçisindən cəsarətli açıqlamalar

Sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"la qarşılaşacaq "Şkendiya"nın (Şimali Makedoniya) baş məşqçisi Jeton Beqiri oyunla bağlı danışıb.

"Football-plus.az" xəbər verir ki, o, matç üçün təşkil edilən mətbuat konfransında Ağdam klubunun ciddi rəqib olduğunu bildirib:
"Rəqibin adından asılı olmayaraq, əlimizdən gələni etməliyik, ən yaxşı oyunumuzu oynamalıyıq. “Qarabağ” çox keyfiyyətli, son 12 ildə 11 dəfə ölkəsinin çempionu olmuş klubdu. Rəqibin çox təcrübəli baş məşqçisi var. Bizim də öz hesablamalarımız, planlarımız mövcuddu. Rəqibimizə hörmət edirik, amma özümüzə də hörmət etməliyik. Bununla belə, yalnız ən ciddi yanaşma ilə ilk görüşdə sərfəli nəticə əldə edə bilərik. Düşünürəm ki, qalib Bakıdakı cavab oyununda müəyyənləşəcək".

Beqiri 2-ci mərhələdə mübarizədən kənarlaşdırdıqları FKSB (Rumıniya) ilə "Qarabağ"ı belə müqayisə edib:
"Hər rəqibin öz çəkisi var, FKSB daha imkanlı klubdu, amma "Qarabağ"a da çox sərmayə qoyulur. Futbol elə idman növüdü ki, möhkəm dayana bilsək, maksimum mübarizə aparsaq, “Qarabağ”la bu duellərdən qalib kimi çıxa bilərik”.

Xatırladaq ki, sabah keçiriləcək "Şkendiya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.
Seçilən
31
2
football-plus.az

3Mənbələr