AZ

İran ədliyyəsindəki korrupsiya şəbəkəsi ifşa olundu

Tehranda yerli məhkəmələrdən birində rüşvətxorluq və səlahiyyətlərdən sui-istifadə halları ilə bağlı mütəşəkkil korrupsiya şəbəkəsi ifşa edilib.

Viral.az bildirir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilib ki, Məhkəmə-Ədliyyə Sisteminin işçilərinin əli olduğu bu qalmaqalla bağlı ümumilikdə 20 nəfər saxlanılıb.

Son Yazılar:

Məlumata görə, tutulanlar arasında Ədliyyə Nazirliyinin altı əməkdaşı, beş hüquqşünas, dörd notarius işçisi, beş ekspert və hüquqi müşavir yer alır.

Qeyd edilib ki, onlardan çox sayda “Bahar-e Azadi” qızıl sikkələri və külli miqdarda pul müsadirə olunub.

 

 

Seçilən
7
5
viral.az

6Mənbələr