AZ

Tramp Hindistan üçün tarifləri qaldıracaq: Ukraynada öldürülən insanların taleyinə məhəl qoymurlar

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Hindistana tətbiq edilən tarif vergisini artırmaq qərarına gəlib.

APA xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” hesabında məlumat verib.

Onun sözlərinə görə, Hindistan sadəcə böyük həcmdə Rusiya nefti almaqla kifayətlənmir, həm də aldıqdan sonra neftin bir hissəsini açıq bazarda satır və Ukraynada öldürülən insanların taleyinə məhəl qoymur.

Tramp tarif vergisinin nə qədər artırılacağını deməsə də, bu verginin əhəmiyyətli həddə yüksəldiləcəyini bəyan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
6
icma.az

10Mənbələr