Basketbolun 3x3 növü üzrə Dünya Seriyasının Bakıda keçiriləcək mərhələsinin iştirakçıları müəyyənləşib.
Azərbaycan Basketbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışda 13-ü milli, 3-ü klub olmaqla ümumilikdə 16 komanda iştirak edəcək.
Azərbaycan, Çexiya, Polşa, Niderland, Niderland (U-25), Qazaxıstan, Filippin, Monqolustan, Misir, Çin, Benin, Çili, Latviya yığmaları və Xorvatiyanın “Zaqreb”, Çinin “Şanxay”, Rumıniyanın “Rapid” klubları çempionluq uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, avqustun 23-24-də keçiriləcək Səbail mərhələsinin oyunları Fəvvarələr Meydanında baş tutacaq.