AZ

"Sabah" və "Araz-Naxçıvan"ın Konfrans Liqasındakı mümkün pley-off rəqibləri bəlli oldu

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Sabah" və "Araz-Naxçıvan"ın qarşılaşa biləcəyi potensial rəqiblər müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində dəqiqləşib.

Əgər Bakı təmsilçisi "Sabah" III təsnifat mərhələsində Bolqarıstanın "Levski" (Sofiya) klubunu mübarizədən kənarlaşdırsa, pley-off raundunda Niderlandın AZ və Lixtenşteynin "Vaduts" komandaları arasında keçirilən duelin qalibi ilə qarşılaşacaq.

Digər təmsilçimiz "Araz-Naxçıvan" isə III təsnifat mərhələsində Kiprin "Omoniya" klubuna qalib gələcəyi təqdirdə, Avropa Liqasından Konfrans Liqasına keçən PAOK (Yunanıstan) – "Volfsberqer" (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları 21 avqustda, cavab qarşılaşmaları isə 28 avqustda keçiriləcək. "Sabah" ilk görüşü doğma meydanda, "Araz-Naxçıvan" isə səfərdə oynayacaq.

Seçilən
41
90deqiqe.az

1Mənbələr