AZ

Bakıda sərnişin avtobusu işıqfora çırpıldı

Bakı şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.

İlkin məlumata görə, sərnişin avtobusu işıqfora çırpılıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
21
4
konkret.az

5Mənbələr