AZ

Bu ölkədə 10 milyon dollar dəyərində "Samsung" telefonlar oğurlanıb

Bakı. Trend:

"Samsung"-un ən son qatlanan smartfonlarının, təxminən 12 000cihazdan ibarət böyük partiyası, Londondakı Hitrou hava limanıyaxınlığında daşınma zamanı oğurlanıb.

Trend xəbərverir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, qarət ötən həftənin sonunda baş verib.Cinayətkarlar Galaxy Z Fold 7 və Z Flip 7 modellərinin böyükpartiyasını daşıyan yük maşınını ələ keçiriblər.

Oğurlanmış malların ümumi dəyəri təxminən 10,6 milyon dollarolaraq qiymətləndirilir ki, bu da hadisəni son illərdə BöyükBritaniyada baş verən ən böyük elektronika oğurluqlarından birinəçevirir.

Böyük Britaniya polisinin məlumatına görə, oğurlanmışsmartfonların 75%-ə qədəri 72 saat ərzində qeyri-qanuni şəkildəölkədən çıxarılır ki, bu da onların axtarışını xeyli çətinləşdirir.Oğurlanan cihazlar tez-tez yenilənmiş IMEI nömrələri ilə “boz”bazarda peyda olur.

Məqalədə:
Seçilən
12
3
az.trend.az

6Mənbələr