AZ

Moskvada həyəcan: Çayın rəngi qəfildən dəyişdi

Bu gün Moskvada (Rusiya) Yauza çayında qəribə dəyişiklik müşahidə olunub. Sosial şəbəkələrdə yayılan kadrlarda çayın rənginin təbii çalarlardan kəskin şəkildə fərqləndiyi aydın şəkildə görünür.

Far.Az Oxu.Az-a istinadla xəbər verir ki, şahidlərin sözlərinə görə, Elektrozavod rayonu ərazisində çaya süd-açıq yaşıl rəngdə naməlum maye axıdılıb.

Hazırda maddənin mənşəyi və tərkibi məlum deyil. Yerli ekoloji xidmətlər ərazidə araşdırmalara başlayıblar. Hadisənin çay ekosisteminə təsiri ilə bağlı qiymətləndirmə aparılır.

Seçilən
9
6
far.az

7Mənbələr