AZ

Altı metrlik balina Amerika qayığı ilə toqquşaraq ölüb...

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın Nyu-Cersi ştatı sahillərində altı metrlik balina qayıqla toqquşması nəticəsində ölüb.

SİA-nın məlumatına görə,bu barədə Fox News xəbər verir.

Hadisə Barneqat körfəzində baş verib.

Toqquşma nəticəsində qayığın sərnişinlərindən biri dənizə atılıb. Hadisə yerindən çəkilmiş videogörüntülərdə gəminin balina vurduqdan sonra o yan-bu yana yelləndiyi görünür. Yaralı balina daha sonra yavaş-yavaş üzərək uzaqlaşıb.

Dəniz Məməliləri Xilasetmə Mərkəzi, toqquşmadan sonra balinanı (minke balina) müşahidə etdiklərini, lakin heyvanın aldığı xəsarətlərdən öldüyünü bildirib.

Nazlı Almuradova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
sia.az

2Mənbələr