AZ

Bakı-Tiflis-Bakı aviabileti BAHALAŞIB?VİDEO

 “AZAL”ın Bakı-Tbilisi-Bakı reysi üzrə biznes sinfi üçün bilet qiymətlərini 1282 manata qədər qaldırıldığı bildirilir.

Xezerxeber.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Paylaşımda vətəndaşlar Tbilisidən Bakı istiqamətinə gediş-dönüş biletlərinin biznes sinfi üçün 1000 manatdan yuxarı olduğunu, eyni zamanda ekonom sinif biletlərinin tapılmadığını da bildirirlər.

Bəs Bakıdan Gürcüstan istiqamətinə ekonom sinif biletlərinin tapılmamasına səbəb nədir?

Turizm eksperti Rəhman Quliyev bildirir ki, gün ərzində Azal Gürcüstan istiqamətinə 4-5 reys həyata keçirir, bu isə həmin istiqamətə uçuş edən sərnişinlərin sıxlığı ilə əlaqədardır. Ekspert onu da bildirib ki, qeyri-turizm mövsümündə qiymətlərin enməsi gözlənilir.

Bilet qiymətlərinin bahalaşması ilə bağlı Azərbaycan Hava Yollarına sorğu ünvanladıq. Qurumdan sorğumuza açıqlama veriləcəyi bildirilsə də heç bir cavab əldə edə bilmədik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
33
3
xezerxeber.az

6Mənbələr