AZ

Tramp Hindistana tarifləri daha da artıracaq

ABŞ Prezidenti Donald Tramp Hindistana tarifləri daha da artıracağını bəyan edib. Metbuat.az xəbər verir ki, o bildirib ki, Hindistan Rusiyadan neft almaqla kifayətlənmir, həm də onu böyük gəlirlə yenidən satır. Tramp bununla bağlı “Truth Social”da paylaşım edib. Hindistanın Rusiyadan aldığı neftin böyük hissəsini açıq bazarda əhəmiyyətli qazancla satdığına diqqət çəkən Tramp, buna görə Hindistana gömrük rüsumlarını artıracağını bəyan edib.

Qeyd edək ki, Donald Tramp Hindistanın Çinlə birgə Rusiyadan ən böyük enerji idxal edən ölkələr olduğunu bəyan etmiş və Yeni Dehlinin 25% tarifi ödəyəcəyini açıqlamışdı.

Seçilən
45
metbuat.az

1Mənbələr