“Əl-Nəsr”in müdafiəçisi Emerik Laportun klubunu dəyişməsi gündəmdədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Avropaya qayıtmaq istəyir.
31 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanı klubuna 2023-cü ilin yayında keçib. Bu müddət ərzində o, komandanın heyətində 69 oyuna çıxıb, 9 qol vurub və 1 məhsuldar ötürmə verib.
Laportun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.