AZ

Qəbələdə bu ölkənin vətəndaşları qəzaya düşüb - ADLAR - FOTO

Bu gün günün ikinci yarsında Qəbələnin Laza kəndi ərazisində baş verən qəza zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Bizim.Media-nın yerli bürosuna Qəbələ Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən hadisə nəticəsində Səudiyyə Ərəbistanının sakinləri - 45 yaşlı Azzah Alharbe, 52 yaşlı Yehan Alharbe, 24 yaşlı Shata Almohammadi Abdulsahad, 17 yaşlı Lana Alharbe və 21 yaşlı Fares Almoham müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılardan birinin vəziyyəti ağır olduğundan helikopter vasitəsi ilə Bakı şəhər xəstəxanalarından birinə təxliyə olunub.

Digərlərinin müalicəsi davam etdirilir. Həyatları üçün təhlükə yoxdur.








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
26
bizim.media

1Mənbələr