AZ

“İsti havada qəhvə və şirin qazlı su içməyin” – Həkim


İsti havalarda susuzluğunuzu kofe və ya şirin qazlı içkilərlə yatırtmaq məsləhət görülmür.
Yeniavaz.com
xəbər verir ki, bu barədə terapevt Alina Kiriçenko Life.ru saytına müsahibəsində danışıb.
“Həddindən artıq istidə bir stəkan kola və ya bir fincan qəhvə bədənə susuzlaşdırıcı təsir göstərə bilər. Kofein sidikqovucu təsir göstərir, diurezi artırır və mayenin daha intensiv ifrazını təşviq edir”, - Kiriçenko izah edib.
O əlavə edib ki, isti havalarda kofein orqanizmin termorequlyasiya qabiliyyətini 20-25 faiz azaldır:
“Kola kimi şirin qazlı içkilərin hər qutuda 5-10 çay qaşığı şəkər var. Belə şirin məhlulu həzm etmək üçün orqanizm suyu qandan həzm sisteminə yönləndirir, buna görə də insan limonaddan sonra əvvəlkindən daha çox içmək istəyir. Bundan əlavə, qazlı içkilərin tərkibində fosfor turşusu və mədənin selikli qişasını qıcıqlandıran və böyrəklərə yükü artıra bilən digər komponentlər var.
Seçilən
25
1
yeniavaz.com

7Mənbələr