AZ

"Çelsi"nin yarımmüdafiəçisi "Borussiya"ya keçə bilər

"Çelsi"nin yarımmüdafiəçisi Karni Çukvuemeka İngiltərə Premyer Liqasından Almaniya Bundesliqasına keçə bilər.

90deqiqe.Az-ın məlumatına görə, futbolçunun xidmətində maraqlı olan Dortmund "Borussiya"sı artıq "Çelsi" rəhbərliyi ilə danışıqlara başlayıb. 

Bu il qışda icarəyə götürülən Çukvuemekanı "şerslər" gələn mövsüm də komandada saxlamaq istəyir, lakin "Çelsi" rəhbərliyi onu tam transfer etməyi tələb edir.

Futbolçu isə Bundesliqaya daimi olaraq keçmək niyyətindədir və daha çox oyun praktikası qazanmaq istəyir. Yarımmüdafiəçi Almaniya klubunda keçirdiyi 17 oyunda 1 qol vurub.

Transfermarkt portalının məlumatına görə, Çukwuemekanın transfer qiyməti 18 milyon avrodur.

Seçilən
8
90deqiqe.az

1Mənbələr