AZ

Qurban Qurbanov "Şkendiya" matçından danışdı

"Çox vacib oyuna çıxırıq". Metbuat.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şimali Makedoniyada "Şkendiya"ya qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.53 yaşlı mütəxəssis birinci görüşün səfərdə təşkilinin rəqib üçün üstünlük olduğunu bildirib. Onun sözlərinə görə, "Şkendiya" Rumıniya FCSB-si üzərində 1:0 və 2:1 hesablı qəsəbələrdən sonra "Qarabağ" önünə çox istəkli çıxacaq: "Şkendiya" xeyli möhkəm komandadır. Bu gün komandamın tam hazır olduğunu deyə bilərəm. Sabah meydanda sonadək idmançı xarakterimizi göstərməliyik. Bu, çox vacibdir. Yaxşı oynamağa və mübarizə aparmağa, axıradək oyundan qopmamağa və buradan yaxşı nəticə ilə dönməyə çalışacağıq. Amma bilirik ki, qarşımızda iki qalibiyyətə malik və inamlı kollektiv var".

Qurbanov “Şkendiya”nın güclü və zəif tərəfləri barədə suala isə belə cavab verib: “Rəqibin FCSB-yə qarşı hər iki oyununu izləmişəm. Burada həm güclü, həm də zəif tərəflərini söyləməyə ehtiyac yoxdur. Çünki hər birimizin zəif və güclü yönləri var. Sadəcə, biz çalışıb düşündüyümüz oyunu qurmalıyıq. Bunun üçün də rəqibə öz oyununu meydanda göstərməyə imkan verməməliyik. “Şkendiya”ya qarşı 90 dəqiqə diqqətli olmalıyıq. Oyun planında hansısa səhvlər etməyi də aradan qaldırmalıyıq”.

Seçilən
11
metbuat.az

1Mənbələr