AZ

İtaliya nəhəngi Cek Qrilişə elçi düşdü

ain.az, Fanat portalına istinadən məlumat yayır.

İtaliya çempionu "Napoli" yeni mövsümün hazırlıqlarını davam etdirir.

Fanat.Az xəbər verir ki, klub İngiltərə millisinin və "Mançester Siti"nin ulduz futbolçusu Cek Qrilişi heyətinə qatmaq istəyir. 

Bu barədə məlumatı "Corriere dello Sport" yayıb.

Mənbənin məlumatına görə, 29 yaşlı futbolçu üçün Neapol klubu 40 milyon avro dəyərində təklif göndərməyə hazırlaşır.

Qriliş, ötən mövsüm Pep Qvardiolanın heyətində istənilən qədər şans tapa bilməmişdi. Bu vəziyyət futbolçunun transfer ehtimalını gücləndirib.

"Napoli" rəhbərliyi onun kreativ oyun quruculuğu və texniki bacarıqları ilə komandaya fərqlilik qatacağına inanır.

Məlumata görə, "Napoli" rəsmi təklifi yaxın günlərdə "Mançester Siti"yə təqdim edəcək. Əgər razılaşma əldə olunarsa bu transfer İtaliya futbolu üçün yay fasiləsinin ən böyük keçidlərindən biri ola bilər.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
fanat.az

2Mənbələr