AZ

İran koordinasiyanı gücləndirmək üçün yeni müdafiə şurası yaradacaq

ain.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran milli təhlükəsizlik sahəsində koordinasiyanı gücləndirmək üçün yeni Müdafiə Şurası yaradacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

İranın Ali Milli Təhlükəsizlik Şurası yeni Müdafiə Şurasının yaradılmasını təsdiqləyib.

Yeni qurum müdafiə strategiyalarının mərkəzləşdirilmiş şəkildə qiymətləndirilməsinə və İran Silahlı Qüvvələrinin əməliyyat imkanlarının artırılmasına cavabdeh olacaq.

Şuraya İran prezidenti rəhbərlik edəcək. Onun tərkibinə həmçinin hakimiyyətin üç qolunun, ali komandanlığın nümayəndələri və müvafiq nazirliklərin nümayəndələri daxil olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
operativmm.az

2Mənbələr