AZ

Danimarkada zoopark rəhbərliyindən sakinlərə qəribə çağırış

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Danimarkanın Olborq şəhər heyvanxanasının rəhbərliyi sakinlərə maraqlı və eyni zamanda qəribə müraciət ünvanlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkə hesabında paylaşılan müraciətdə insanları ev heyvanlarını zooparkda saxlanılan vəhşi heyvanlara yem etməyə çağırılıb.

Müraciətdə lazımsız ev heyvanlarının zooparka təhvil verilməsi yer alıb. Üstəlik, onların vəhşilərə "təhvil verilərkən" keyləşdiriləcəyi və nəyin baş verdiyini anlamayacaqları da qeyd olunub.

Zoopark rəhbərliyi bununla vəhşi təbiətin qida zəncirini qorumağa, vəhşi heyvanların vərdişlərini yadırğatmamağa çalışdığını bildirib.

Yeri gəlmişkən, çağırışa mənfi reaksiya verənlər çoxluq təşkil etsə də, buna isti yanaşanlar da az olmayıb. Artıq, bir neçə sakin dəniz donuzu, dovşan, toyuq və digər kiçik ev heyvanını zooparka təhvil verməyə hazır olduğunu bildirib.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
525.az

1Mənbələr